Şrift:
Firdovsini şovinist adlandırdığı üçün həbs edilən güneyli fəal azadlığa çıxdı
06.04.2021 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qeyd edək ki, Yavər Sultani 7 dekabr 2020-ci ildə Məhkəmə Qərarlarının İcrası İdarəsinin məmurları tərəfindən saxlanılaraq Maku həbsxanasına aparılmışdı.

Yavər Sultani 2020-ci ilin iyul ayının sonlarında Amerikada qaradərili Corc Fyoldun polis tərəfindən öldürülməsindən sonra dünyanın bir çox yerində şovinizmi təbliğ edən şəxsiyyətlərin heykəllərinin götürülməsi prosesi zamanı nəzarət altına alınmışdı.

O, "Maku Times"ın "İnstagram" səhifəsində paylaşdığı videoda farsdilli irqçi şair Firdovsinin heykəlinin bir daha Makunun “Həftə Fələkəsi” meydanına qaytarılmamasını tələb etmişdi.

O, həmçinin Firdovsi yaradıcılığında qadınları aşağılayan və türk düşmənçiliyini ehtiva edən misralar paylaşmışdı.

Gənc jurnalistin bu paylaşımı İran məhkəmə sistemi tərəfindən cinayət əməli kimi qəbul edilmiş, onun məhkəməyə cəlb olunması və cəzalandırılmasına qərar verilmişdi.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed