Şrift:
"Azərbaycan mediası Güneyə diqqəti artırmalıdır”-Baş redaktor
07.04.2021 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal da hesab edir ki, Güney sanki diqqətdən kənarda qalıb.

“Hazırkı dövrdə isə bu məsələ daha da zəifləyib.

Baxmayaraq ki, indi xəbər əldə etmək və yaymaq imkanları dəfələrlə artıb. 90-cı illərlə Güney mövzusunun, oradakı Milli Hərəkat, fəallara qarşı repressiyalarla bağlı xəbərlərin mətbuatda indiki ilə müqayisədə daha geniş işıqlandırılmasının əsas səbəblərindən biri, o zaman bu yöndə ölkədə siyasi fəaliyyətin mövcudluğu idi.

Quzey Azərbaycanda başlamış milli azadlıq hərəkatının söykəndiyi ideoloji qaynaqlardan biri də parçalanmış böyük vətənin birləşməsi idi”-deyə Aqil Camal bildirib.

Baş redaktor deyib ki, indiki dövrdə az sayda Quzey Azərbaycanın media orqanı Güney mövzusunu daim diqqətdə saxlayır.

Bayraqdar.info xəbər portalının rəhbəri Azər Həsrət Günaz.TV-yə açıqlamasında deyib ki, ötən əsrin 90-cı illərində və 2000-ci illərdə Azərbaycan mediasında Güney Azərbaycan mövzusu daha çox işlənirdi:

“Ötən sərin 90-cı illərində Azərbaycan mediasında Güney mövzusu çox populyar idi. Qəzetlər Güney Azərbaycandan səhifə-səhifə yazılar dərc edirdilər. Çox təəssüf ki, hazırda milli mətbuatımızda Güney mövzusu sanki diqqətdən kənarda qalıb. Rəhbərlik etdiyim Bayraqdar.info saytı bu mövzuya diqqət ayıracaq. Etibarlı xəbər mənbələri tapmağa çalışacağıq.

Əsassız informasiyaların yayılmasının qarşısını almaq üçün etibarlı xəbər mənbələri ilə işləməliyik. Bayraqdar.info fəaliyyətə təzə başlayıb. Fəaliyyətimizdə əsas ağırlıq türk dünyasına diqqət təşkil edəcək. Güney Azərbaycan mövsusu da istisna deyil.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed