Şrift:
Türkiyədə “Sinovac” vaksini ilə peyvəndləmə qrafikə uyğun aparılır
08.04.2021 [10:33] - Gündəm, Sağlıq
Türkiyədə yeni növ koronavirus (COVID) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində peyvəndləmə prosesi qrafikə uyğun davam edir. Hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Aprelin 7-dək ölkə üzə ümumilikdə 17 milyon 661 min 557 doza peyvənd tətbiq olunub. Bir doza vaksin qəbul edənlərin sayı 10 milyon 329 min 246, iki doza peyvəndlənənlərin sayı isə 7 milyon 332 min 311 nəfərdir.

Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 7-də ölkədə 302 min 108 nəfər testdən keçirilib. Onlardan 54 min 740 nəfərin testi müsbət olub, 2 min 203 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 276 nəfər ölüb, 35 min 503 nəfər isə sağalıb.

İndiyədək ümumilikdə 3 milyon 633 min 925 nəfərdə koronavirus aşkarlanıb, 32 min 943 nəfər ölüb.

Hazırda 2 min 604 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

Aidiyyəti qurumlar gündəlik yoluxma, ölüm və ağır xəstə saylarındakı sıçrayışlı artımın təhlükəli məcrada inkişafda olduğunu bəyan ediblər.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed