Şrift:
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır
09.04.2021 [08:50] - Gündəm, Sosial
Rumıniyada koronavirusa yoluxanların sayı 993 min 613 nəfərə çatıb.

Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində kəskin artım müşahidə olunur. 4989 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 24 min 733 nəfərdir. 890 min 528 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır. Ölkədə sərt məhdudiyyətlər tədbiq olunur. Bunlara qarşı əhali etiraz aksiyaları keçirir.
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed