Şrift:
Çexiyada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır
09.04.2021 [08:51] - Gündəm, Sosial
Dünən Çexiyada 7015 koronavirusa yoluxma faktı aşkarlanıb.

Cari ilin ən aşağı artım göstəricisi olduğundan ölkə üçün yaxşı xəbər sayılır. Bundan bir gün əvvəl təxminən min beş yüz nəfərdən çox xəstə qeydiyyata alınıb. Çexiyada koronavirusdan ümumilikdə 27 min 466 nəfər həyatını itirib. Ancaq yaxşı xəbər odur ki, standart oksigen terapiyası olan ölkə xəstəxanalarındakı bütün çarpayıların dörddə biri artıq boşdur. Bu isə o deməkdir ki, ölkə tədricən koronavirus böhranının öhdəsindən gəlməkdədir.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed