Şrift:
Nərimanov rayonunda şadlıq saraylarının birində toy mərasiminin keçirildiyi aşkarlanıb
12.04.2021 [07:11] - Gündəm, Sosial
Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirildiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcəkdir.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed