12.04.2021 [07:14] - Gündəm, Mədəniyyət
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizin hər yerində tədbirlər keçirilir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da bu məqsədlə tədbirlər planı hazırlayıb. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı, Kürdəmir Rayon Təhsil Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsi təşkil edib.
Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətməklə yanaşı, onların bədii qiraət qabiliyyətlərini inkişaf etdirmək olub.
Müsabiqə iki turdan ibarət olmaqla onlayn formada keçirilib. Bədii qiraət müsabiqəsinə rayonun 59 ümumtəhsil müəssisəsindən 80-ə yaxın şagird qatılıb. Müsabiqənin yekunu ilə bağlı keçirilmiş tədbirdə münsiflər tərəfindən videoçarx şəklində göndərilən şeirlər dinlənilib və qaliblər müəyyən olunub.
Münsiflərin ümumi qərarına əsasən, Q.Sadıqov adına Mollakənd tam orta məktəbinin şagirdi Behbud Alıyev I, həmin məktəbin şagirdi Səmra Muxtarova və Karrar-qəsəbə tam orta məktəbinin şagirdi Təhminə Heydərova II, T.İsmayılov adına 1 saylı tam orta məktəbin şagirdi Həqiqət Məmmədova, M.Ə.Rəsulzadə adına 2 saylı məktəb-liseyin şagirdi Aydan Mənəfova və E.Ağayev adına Sor-sor kənd tam orta məktəbinin şagirdi Tamara Ədilova III yerə layiq görülüblər.
Qaliblərin fəxri fərman və Nizami Gəncəviyə həsr olunmuş qiymətli kitablarla mükafatlandırılması nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |