Şrift:
Ərdəbildə siyasi məhbus Əlirza Fərşiyə dəstək aksiyası keçirilib
13.04.2021 [06:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beləki milli-mədəni fəallar Əlirza bəyin şəkil və qrafitlərini kitabların üzərinə yapışdırıb kitabxanalarda, mədəni, tarixi yerlərdə və parklarda yayaraq, onun əsas fəaliyyətini ictimaiyyətə tanıtdırıblar.


Kitablar üzərində Əlirza Fərşinin qrafitinin əks olunması onun Güney Azərbaycan kəndlərində türk dilində nəşrlərdən ibarət kitabxanaların qurulması yönündəki qanuni fəaliyyətini simvolizə edir.

Ə.Fərşi ucqar kəndlərdə uşaqlara türkcə kitablar, məktəb ləvazimatı, dəftər, qələm paylayaraq Səməd Behrəngi kimi böyük ziyalıların olunu davam etdirirdi.


Qeyd edək ki, Əlirza Fərşi “Şərif” Universitetinin kompüter mühəndisliyi üzrə magistridir. Türk dilinin tədrisi uğrunda mübarizə aparmasına və kəndlərdə türkcə kitabxanaların qurulmasına çalışdığı üçün onun universitetdə müəllim işləməsinə imkan verilməyib.

Qanun çərçivəsində apardığı fəaliyyətlərinə görə qondarma ittihamlarla həbs olunmuş Əlirza Fərşi Tehran həbsxanasında saxlanılır.

Koronavirusun həbsxanalarda geniş yayılmasına baxmayaraq bu günə kimi o məzuniyyətə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed