Şrift:
“Hərbi Qənimətlər Parkı sayəsində bəşəriyyət Şuşada bıçaqla savaşdığımızı da görəcək...”
13.04.2021 [17:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bundan sonra dünya xalqımız haqqında daha geniş təəssürat formalaşacaq”

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, Hərbi Qənimətlər Parkının əhəmiyyətini şərh edib:

“Hərbi Qənimətlər Parkının yaradılmasının həm bu günümüz, həm də sabahımız baxımından mühüm əhəmiyyəti var. Bu prakdakı hərbi qənimətləri görən dünya bizim Vətən müharibəsində hansı hərbi texniakaları sıradan çıxardığımızı, ordumuzun necə böyük qəhrəmanlıqlara imza atdığını görəcək. Dünya Hərbi Qənimətlər Parkına baxmaqla bizim Şuşada hansı texnikalara qarşı biçaqla döyüşdüyümüzə şahid olacaq. Onlarda xalqımız haqqında daha geniş təəssüratlar formalaşacaq.

Biz 1989-cu ildə “İlin ən mübariz xalqı” idik. 2020-ci ildə bu adı bir daha təkrarladıq. Bütün dünya gördü ki, önəmli olan insan amilidir. Texnika heç vaxt insan amilindən üstün ola bilmir.

Hərbi Qənimətlər Parkı bu gün Ermənistanda revanşist fikirlər səsəlndirənlərə də bir görkdür. Bu o deməkdir ki, əgər ermənilər yenidən xam xəyallara düşərsə, o zaman Azərbaycan onların hərbi texnikasını yenidən Hərbi Qənimətlər Parkına qoyacaq.

Və nəhayət, Hərbi Qənimətlər Parkı xalqımız üçün də bir çağırış, bir xatırlamadır. Bu çağırışın mahiyyəti isə ondan ibarətdir ki, sən dünyanın ən qorxunc, dağıdıcı silahlarını belə məhv etməyə qadir olan böyük bir xalqsan. Və sən hər zaman öz gücünün fərqində olmalı, bundan sonra da torpaqlarını bu cür cəsarət və qətiyyətlə qorumalısan”.

Seymur ƏLİYEV/moderator.az
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed