Şrift:
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsi başlayıb
14.04.2021 [05:32] - Xəbərlər, Gənclik, Bildiriş
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Əczaçılıq, Baytarlıq üzrə IV, Stomatologiya ixtisası üzrə V kurs tələbələrinin istehsalat təcrübələrinin başlanğıc konfransı olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov 2021-2022-ci tədris ilindən etibarən Tibb fakültəsinə ilk dəfə olaraq Hərbi tibb ixtisasına qəbul həyata keçiriləcəyini bildirib.

Fakültədə tələbələrin ixtisaslı kadr kimi yetişməsi üçün yaradılan şəraitdən danışan prorektor tələbələrin muxtar respublikanın səhiyyə müəssisələrində keçdikləri təcrübənin onların gələcək peşə vərdişlərində faydalı olacağını diqqətə çatdırıb.

Sonra muxtar respublikanın səhiyyə nazirinin müavini Samrat Gəncəyevanın, Dövlət Baytarlıq Xidmətinin rəis müavini Məhəmməd Hüseynovun, aidiyyəti ixtisaslar üzrə fakültə dekanlarının çıxışları dinlənilib.

Sonda tələbələrin sualları cavablandırılıb, istehsalat təcrübəsi ilə bağlı təkliflər səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed