Şrift:
Səid Xətibzadə: İran xalqının sadə hüquqlarının pozulmasına səssiz qalanlar indi insan hüququndan danışırla
14.04.2021 [05:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avropa İttifaqının İranın rəsmi şəxslərinə və bəzi təşkilatlarına qarşı sanksiya tətbiq etməsi siyasi xarakter daşıyır və qərəzlidir.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

O bildirib ki, İranda insan hüquqlarının pozulmasını iddia etmək və buna görə sanksiyalara əl atmaq heç bir obyektiv əsaslara malik deyil. İnsan hüquqlarını pozulmasına göz yuman Avropa dövlətlərinin İranda insan haqlarını təftiş etməyə haqları və hüquqları yoxdur.

S. Xətibzadə qeyd edib ki, bütün dünyanın gözü qarşısında İran xalqının sadə hüquqları pozulur. Sanksiyalar nəticəsində İran xalqı tibbi preparatlar əldə etməkdən məhrum edilib. Bu haqsızlığa səssiz qalanlar indi insan hüquqlarından danışırlar.

O vurğulayıb ki, İran Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrini kəsir. Bundan sonra İran Avropa İttifaqı ilə terrorçuluq, narkobiznes və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq əlaqələrini dayandırır. Həmçinin İran da öz növbəsində Avropa İttifaqına qarşı sanksiyalar tətbiq edəcək. Sanksiyaların nədən ibarət olduğu yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Avropa İttifaqı insan hüquqlarının pozulmasını iddia edərək İranın 8 rəsmi şəxsinə və 3 təşkilatına qarşı sanksiyalar tətbiq edib
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed