Şrift:
Yusif Kari həbsxanada zorakılığa məruz qalıb və təhdid edilib
14.04.2021 [06:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə o, aprelin 13-də ailəsi ilə telefon əlaqəsi zamanı məlumat verib. O, karantin şöbəsindən reabilitasiya bölməsinə köçürüldüyünü bildirib.



Siyasi məhbus bazar günü baş verən hadisə ilə bağlı ailəsini məlumatlandırıb. Onun dediyinə görə, həmin gün həbsxana nəzarətçiləri gözlənilmədən 1-ci bölmədə yoxlama aparmağa başlayıblar. Kobud və təhqiramiz davranış və ifadələrlə məhbusları aşağılayan nəzarətçilər axtarış üçün Yusif Karidən ağzını açmasını istəyiblər.



Bunun səbəbini soruşduqda onu təhqir edib və fiziki zorakılıq göstəriblər. Bundan sonra həbsxananın reabilitasiya bölməsinin məsulu Noruzi soyadlı şəxs milli fəalı döyərək onun karantin bölməsinə köçürülməsinə göstəriş verib.

Y.Kari bildirib ki, Noruzi onu barəsində yeni cinayət işinin açılması ilə təhdid edib.
"Rəhbəri və sistemi təhqir etmək ittihamı ilə məhkumluq dövrün uzadılacaq", "həbsxananı sənin üçün cəhənnəmə çevirəcəyəm"-deyə, Noruzi bildirib.



Yusif Kari reabilitasiya bölməsinin məsuluna onun qanuni vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğunu xatırlatdığı üçün yenidən təhqir və zorakılığa məruz qalıb.

Hazırda Y.Kari reabilitasiya bölməsindədir.

Ancaq onun öncə saxlanıldığı 1-ci bölməyə köçürülməsini gecikdirirlər.



Qeyd edək ki, reabilitasiya bölməsinin məsulu Noruzi bundan öncə müqavilə əsasında həbsxana avtobusunun sürücüsü kimi fəaliyyət göstərib. Sonradan "xüsusi keyfiyyət”lərinə, məhbuslara qarşı kobud davranışına görə, irəli çəkilib, rəsmi kadr kimi işə götürülüb və qısa müddətdə həbsxana məsullarından birinə çevrilib.



İran həbsxanalarında beynəlxalq qurumların nəzarət imkanları olmadığı üçün qanunsuzluq və məhbuslara qarşı zorakılıq adi hala çevrilib.
Xüsusilə təhlükəsizlik qurumları siyasi məhbuslara qarşı təzyiq və işgəncələrdə həbsxana nəzarətçiləri və məsullarından istifadə edir. Məhbusları daima psixioloji və fiziki basqı altında saxlayırlar.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed