Şrift:
Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə vəhşi heyvan alverini dayandırmağı tövsiyə edib
15.04.2021 [05:48] - Gündəm
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra digər qurumlarla birlikdə zoonoz xəstəliklərin yayılma riskini azaltmaq məqsədilə bütün dövlətləri vəhşi heyvan alverini təcili olaraq dayandırmağa və ənənəvi ərzaq bazarlarında sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə çağırıb.

ÜST-yə istinadla xəbər verir ki Ətraf Mühit Proqramı, milli səlahiyyətli orqanları qida və ya damazlıq məqsədilə canlı vəhşi məməlilərin satışını dayandırmağa, ərzaq bazarlarının müvafiq bölmələrinin bağlanması üçün təcili tədbir görməyə çağırıb.

Mütəxəssislər öz rəhbər prinsiplərində qeyd edirlər ki, bu gün vəhşi heyvanlar tam açıq bazarların qəfəslərində saxlanılır. Çox vaxt onlar elə oradaca kəsilir və içalatları çıxardılır. Nəticədə, ərzaq bazarlarının bir çox sahələri bioloji mayelər, nəcis və digər tullantılarla çirklənir ki, bu da patogenlərin işçilərə və alıcılara yoluxma riskini artırır.

BMT ekspertləri dəfələrlə xəbərdarlıq ediblər ki, heyvanların adi yaşayış mühitindən kənarlaşdırılması, onların və onlardan alınan məmulatların satışı insan mühitinə heyvanlardan keçən zoonoz xəstəliklərin yayılmasına səbəb olur.

Vəhşi heyvanlar COVID-19 da daxil olmaqla bir sıra xəstəliklərin mənbəyi sayılır. COVID-19 epidemiyasının yarasalardan qaynaqlandığını ehtimal edən ekspertlər bu virusun başqa bir heyvana yoluxaraq insana keçdiyini də istisna etmirlər.

ÜST-nin digər tövsiyələri, habelə ev və vəhşi heyvanların sağlamlığına nəzarət sisteminin gücləndirilməsini, ənənəvi ərzaq bazarlarında gigiyena və sanitariya standartlarının tələblərinə əməl etməyi nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed