Şrift:
Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfər edib
16.04.2021 [10:23] - Xəbərlər, Siyasət
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib.

Prezident Rəcəb Tayyib Ərdoğan nazir Nikos Dendiasu Ankarada Prezident Administrasiyasında qəbul edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın rəhbərlik etdiyi heyətlər arasında görüş keçirilib.

Nazirlər ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Qarşılıqlı münasibətlərin inkişafı üçün təxribat xarakterli açıqlamalara son qoyulmasının vacibliyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu vurğulayıb ki, hər iki ölkədəki azlıqların sabitlik şəraitində olması tərəflərin maraqlarını əks etdirir. İki qonşu və müttəfiq ölkə arasında mövcud problemlərin həlli konstruktiv dialoqla mümkün olacaq. Buna görə də Türkiyə-Yunanıstan dialoq kanallarının canlandırılması çox əhəmiyyətlidir.

Türkiyənin Şərqi Aralıq dənizində BMT-nin müəyyən etdiyi prinsiplər əsasında öz su sərhədinə hakim olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu qətiyyətlə ifadə edib ki, Türkiyə özünün və Kipr türklərinin hüquqlarının müdafiəsində qərarlıdır.

Müzakirələrin əhəmiyyətli olduğunu diqqətə çatdıran nazir Nikos Dendiasın bildirib ki, yaxınlaşdığımız və razılığa gəlmədiyimiz bütün məsələlərin danışıqlara keçməsi fürsəti qazanmışıq. İki ölkə arasında əlaqələrin olduğu vasitələrin açıq qalması vacibdir. Başlıca hədəfimiz beynəlxalq hüquq əsasında, sülh içində mövcud olmağı təsis etməyimiz gərəkdir.

Nazirlər Şərqi Aralıq dənizindəki vəziyyət, Türkiyənin Avropa İttifaqına üzvlüyü, qərbi Trakyadakı türk əhaliyə dair məsələlər, adalarda silahlanma, regional proseslər və gündəlikdə olan digər məsələlərə dair ölkələrinin mövqeyini çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed