Şrift:
Yevlax şəhərində ikimərtəbəli mağazada yanğın baş verib
19.04.2021 [11:37] - Gündəm, Hadisə
Yevlax şəhərində ikimərtəbəli mağazada yanğın baş verib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, hər mərtəbəsi 650 kvadratmetr olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin 56 kvadratmetri yanıb. Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed