Şrift:
Təbrizin İran parlamentindəki nümayəndəsi: "Həbs olunmamaq üçün noyabr etirazları qurbanlarının sayını açıqlamadım"
19.04.2021 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İnsafnews”-un müxbirinin 2019-cu ilin noyabr etirazlarında neçə nəfərin öldürüldüyü barədə sualına M.Pezeşkiyan “bu barədə məlumat verənlərin hamısı həbs olunub. Mən həbs olunmamaq üçün məlumat vermədim. Səndə həbs olunmaq istəyirsənsə bu barədə danış”-deyə, cavab verib.

Millət vəkili bu hadisələrin baş verməsində özünü qismən günahkar sayaraq deyib: “Biz şərayit və səlahiyyətlərimizdən asılı olaraq günahkarıq. Parlamentdə benzinin qiymətinin qaldırılmasına məndə səs vermişəm. O zaman benzinin qiymətini azad edib pulunu xalqa versəydik noyabr etirazları başlamazdı.”

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında yanacağın gözlənilməz bahalaşmasına etiraz olaraq başlayan aksiyalarda minlərlə insan həbs olunub. Çox sayda insan yaralanıb və yüzlərlə etirazçı güllələnib.

İran rəsmiləri öldürülənlərin sayının 300 nəfərə yaxın olduğunu etiraf ediblər. Ancaq beynəlxalq insan haqları təşkilatları bu rəqəmin 1500 civarında olduğunu deyirlər. Etirazçılara qarşı qırqında ən çox adı hallanan o vaxt İran Təhlükəsizlik Şurasına başçılıq edən daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlidir.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed