Şrift:
“Sepah” generalının müəmmalı ölümünün səbəbi barədə ziddiyyətli xəbərlər yayılır
19.04.2021 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Dövlət Televiziyası aprelin 18-i axşam saatlarında Məhəmməd Hüseynzadə Hecazinin ölüm xəbərini yaysa da, onun ölümünün səbəbini açıqlamayıb.


“Sepah” isə dünən axşam bəyanat yayaraq, “Sepah” generalının “ürək çatışmamazlığından” öldüyünü bildirib.


Bəyanatın yayılmasından az sonra “Sepah”ın İran-İraq savaşında həlak olmuş məşhur komandirlərindən olan Məhəmməd İbrahim Hemmətin oğlu Məhəmməd Mehdi Hemmət “Tvitter”dəki şəxsi hesabında paylaşım edərək, “Sepah” generalının ürək çatışmamazlığından öldüyünü təkzib edib.


“Məhəmməd Hüseynzadə Hecazi üzrək çatışmamazlığından ölməyib. Onun ölümünün səbəbi bu deyil”, -deyə Məhəmməd Mehdi Hemmət bildirsə də, onun ölümünün əsl səbəbini açıqlamayıb.


Aprelin 19-da isə “Sepah” terror Təşkilatının sözçüsü Ramazan Şərif dövlət televiziyasına açıqlamasında ”Sepah”ın Məhəmməd Hüseynzadə Hecazinin “ürək çatışmamazlığından” yox, İran-İraq savaşı zamanı düşmənin işlətdiyi kimyəvi silahlardan travma aldığını və onun indiyə qədər davam edən fəsadları ucbatından öldüyünü bildirib.


“O kimyəvi silahların zəhərləyici təsirindən əziyyət çəkirdi. Bundan başqa, o bir neçə ay əvvəl də koronavirusa yoluxub sağalmışdı. Lakin həkimlərin gəldiyi birgə qənaətinə görə, Məhəmməd Hüseynzadə Hecazi İran-İraq müharibəsi zamanından qalmış kimyəvi silahların zəhərləyici təsirindən və fəsadlarından şəhid olub”, -deyə “Sepah” sözçüsü Ramazan Şərif dövlət televiziyasına açıqlamasında bəyan edib.


“Sepah”ın daxili mənbələrinə istinad edən bəzi mənbələr isə Məhəmməd Hüseynzadə Hecazinin ölümünün səbəbi ilə bağlı yayılan bu kimi məlumatları rədd edərək, onun ölümünün səbəbi barədə tam başqa versiya irəli sürürlər.


Həmin mənbələrin dediyinə görə, bir neçə il əvvəl “Sepah”ın daxilində bir sıra məsələlərlə bağlı baş verən ciddi ixtilaflar, rəqabət və qarşıdurmalardan sonra “Sepah”ın Livandakı qüvvələrinin komandanı kimi bu ölkəyə göndərilən Məhəmməd Hüseynzadə Hecazinin Livanda olduğu müddətdə tədricən İsrail kəşfiyyatı Mossad-la əlaqəyə girərək, onunla əmkdaşlıq etdiyini, “Sepah”ın və İran rejiminin raket və nüvə fəaliyyətləri barədə bir sıra gizli məlumatları İsrail tərəfinə ötürdüyünü bildirirlər.


Qeyd edilir ki, Məhəmməd Hüseynzadə Hecazi bundan əvvəl İranda müxtəlif illərdə rejimə qarşı baş verən kütləvi etirazların zorla yatızdırılmasında və dinc etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalarda mühüm və əsaslı rol oynayan “Sepah” komandirlərindən biri kimi tanınırdı. O, həmçinin "Sepah"ın Bəşər Əsəd rejiminə dəstək verərək bu ölkədə Suriya xalqına qarşı geniş repressiyaların həyata keçirilməsində əsaslı rol oynayan "Sepah" komandirlərindən biri idi.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed