Şrift:
"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb
22.04.2021 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən 21 aprel axşam saatlarında Tehranın Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəallar Həmid Mənafi Nadarlı və Behnam Şeyxi Samanlı məzuniyyətə buraxılıblar.

İran məhkəmə sisteminin rəisinin yeni sərəncamına görə, COVİD-19-un geniş yayılması ilə bağlı məhbusların məzuniyyətə buraxılması nəzərdə tutulub. Bu iki fəal da bu qərara əsasən 20 günlük məzuniyyət hüquqlarından istifadə etməyə nail olublar.



Qeyd edək ki, Behnam Şeyxi və Həmid Mənafi Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunmuşdular.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilmışdi.



"Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq"da ittiham edilən fəallar Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum edilib.

Əlirza Fərshi və Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlərdə iştirak etdiklərinə görə həbs ediliblər.


Milli fəallar hazırda cəzalarını Böyük Tehran və Evin həbsxanalarında çəkirlər.
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed