Şrift:
Yaponiya Senkaku adalarının xəritəsinə görə Çinə etirazını bildirib
27.04.2021 [10:33] - Xəbərlər, Sosial
Yaponiya hökuməti Şərqi Çin dənizində yerləşən Senkaku adalarının topoqrafik xəritələrinin nəşrinə görə Çinə etirazını bildirib.

Yaponiya Xarici İşlər Nazirliyi xəbər verir ki, bu barədə etiraz qarşı tərəfə Çinin Təbii Ehtiyatlar Nazirliyi aprelin 26-da həmin xəritələri öz veb-saytında yerləşdirdikdən sonra Tokio və Pekindəki diplomatik kanallar vasitəsilə çatdırılıb.

Çin nazirliyi bildirib ki, həmin xəritələr süni peyk vasitəsilə aparılan çəkilişlər və digər tədqiqatlardan sonra hazırlanıb. Saytdakı doqquz görüntüdə Senkaku adalar qrupuna daxil olan Uotsuri, Kitakocima və Minamikocima adalarının topoqrafiyası əksini tapıb.

Qeyd edək ki, hazırda həmin adalar Yaponiyanın nəzarəti altındadır, lakin Çin və Tayvan da bu adalara iddialıdır. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar həm tarixi, həm də beynəlxalq hüquqa əsasən ölkənin ayrılmaz tərkib hissəsinə daxildir. Çin tərəfi də son vaxtlar bu adalar yaxınlığında gəmilərinin fəallığını artırıb.

Mütəxəssislərin rəyinə görə, xəritələrin hökumət saytında yerləşdirilməsi Çinin bu adalara hüququnu təsdiq etmək məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed