Şrift:
Konstitusiya Məhkəməsi Moldova Prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılmasını ləğv edib
28.04.2021 [10:24] - Xəbərlər, Siyasət
Moldova Konstitusiya Məhkəməsi Prezident Maya Sandunun səlahiyyətlərinin məhdudlaşdırılmasını ləğv edib və Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti üzərində nəzarəti ona qaytarıb.

Moldova Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında parlamentin ölkə Prezidentinin səlahiyyətlərini azaldan qanun layihəsini ləğv edən qərar çıxarıb.

Parlamentin qəbul etdiyi qanun layihəsinə görə, İnformasiya və Təhlükəsizlik Xidmətinin səlahiyyətləri Prezidentdən alınaraq parlamentə verilmişdi. Konstitusiya Məhkəməsi isə bu qanun layihəsinin Konstitusiyaya zidd olduğunu açıqlayıb. Bununla da Prezident Maya Sandu İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbərliyi vəzifələrinə təyinat edə biləcək, xüsusi xidmət orqanlarının işini koordinasiyalı həyata keçirəcək.

Bundan əvvəl Moldova Konstitusiya Məhkəməsi Sandunun parlamenti buraxmasına da icazə verən qərar çıxarmışdı.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed