Şrift:
“Real Madrid” öz meydanında “Çelsi” klubu ilə heç-heçə edib
28.04.2021 [10:26] - Gündəm, İdman
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Bu raundun ilk oyunu İspaniyada “Real Madrid”lə İngiltərənin “Çelsi” klubu arasında baş tutub. “Alfredo Di Stefano” stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

Yarımfinal mərhələsinin digər matçında Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed