Şrift:
Bolqarıstanda koronavirusla əlaqədar fövqəladə epidemioloji vəziyyət mayın sonuna kimi uzadılıb
29.04.2021 [10:27] - Gündəm, Sosial
Bolqarıstanda koronavirusla əlaqədar fövqəladə epidemioloji vəziyyət mayın sonuna kimi davam edəcək.

Bu barədə ölkənin Baş naziri Boyko Borisov hökumətin onlayn iclası zamanı müzakirələrdən sonra bildirib.

Bolqarıstanın səhiyyə naziri Kostadin Anqelov ölkənin uğurla koronavirusun 3-cü dalğasından çıxdığını deyib. Ölkədə virus səbəbindən ölümlərin və xəstələnmələrin sayının aşağı düşdüyünü vurğulayıb. Eyni zamanda, Bolqarıstanda peyvəndləmənin də yüksək templə getdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, hökumət, eyni zamanda, turistlərin ölkəyə daxil olması qaydalarını müəyyən ediblər. Turizm işçilərinin peyvəndlənməsi uğurla davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed