Şrift:
Göyçayda vətəndaşların COVID-19 əleyhinə vaksinasiyası davam etdirilir
30.04.2021 [11:00] - Gündəm, Sosial
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Göyçay rayonunda da vətəndaşların vaksinasiyası davam etdirilir.

Bu barədə rayon icra hakimiyyətində yaradılan qərargahdan bildirilib ki, vətəndaşların peyvənd olunması mərhələli şəkildə aparılır və artıq 10935 nəfər bu təhlükəli virusa qarşı vaksinasiya edilib. Peyvənd vurulanların 1251 nəfəri yaşı 65-də yuxarı, 4251 nəfəri 50-65 yaşarası, 1387 nəfəri 40-49 yaşarası, 879 nəfəri isə 40 yaşdan aşağı olan sakinlərdir. Vaksinasiya olunanların 3167 nəfərinə 2-ci doza vurulub.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed