Şrift:
Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılacaq
05.05.2021 [10:42] - Xəbərlər, Siyasət
Mayın 5-də Qahirə şəhərində Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr başlayacaq.

Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, iki gün davam edəcək müzakirələrdə iştirak edəcək heyətlərə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Misir xarici işlər nazirinin müavini Hamdi Sanad Lozan başçılıq edəcək.

Aparılacaq məsləhətləşmə xarakterli müzakirələr iki ölkə arasında əlaqələrin ikitərəfli və regional aspektdən normallaşması istiqamətində atılması zəruri olan addımlar ətrafında aparılacaq.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed