Şrift:
Şahmat üzrə Azərbaycan çempionatında ikinci turun qalibləri müəyyənləşib
06.05.2021 [10:15] - Gündəm, İdman
Muxtar respublikada ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ikinci tura yekun vurulub.

İlk turla müqayisədə bu tur zəka sahibləri arasındakı görüşlər tərəflərin qələbəsi ilə başa çatıb. Qrossmeyster Eltac Səfərli (2598) ikinci turu “sülh”lə başa vurub. O, bu turda beynəlxalq usta Kənan Qarayevin (2331) müqavimətini qıra bilməyib. Qrossmeyster Nicat Abasovla (2665) qrossmeyster Vüqar Əsədlinin (2572) görüşündə də qalib tərəf müəyyənləşməyib. Qrossmeyster Misrətdin İsgəndərov (2535) beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə xalları yarı böldüyü halda, qrossmeyster Fərid Abbasov (2528) qrossmeyster Vasif Durarbəyliyə (2606) məğlub olub. Beynəlxalq usta Aydın Süleymanlı (2520) ilə beynəlxalq usta Abdulla Qədimbəylinin (2470) oyununda ağ-qara taxtanı gülən tərəf kimi Aydın tərk edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) bu turda qrossmeyster Nicat Məmmədovla (2609) üz-üzə gəlib və məğlub olub.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır.

Mayın 6-da saat 14:00-da üçüncü turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:

Vüqar Əsədli - Aydın Süleymanlı

Abdulla Qədimbəyli - Məhəmməd Muradlı

Misrətdin İsgəndərov - Vasif Durarbəyli

Fərid Abbasov - Eltac Səfərli

Kənan Qarayev - Nicat Məmmədov

Urfan Sevdimalıyev - Nicat Abasov
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed