Şrift:
Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi
06.05.2021 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun sözlərinə görə, il ərzində əyalətdə ciddi su böhranı yaşanacaq. Cavad Rəhməti hesab edir ki, əsas hədəf əhalinin içməli su ilə təmin edilməsidir.

Mayın 5-də Şərqi Azərbaycan əyalətinin Su Hövzələrinin Mühafizəsi Şurasının toplantısında çıxış edən Cavad Rəhməti deyib ki, qarşıdakı aylarda suyun verilməsi ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi qaçılmaz olacaq.

O, xüsusən sənaye və əkinçilik sahələrində məhdudiyyətlərin qaçılmaz olduğunu vurğulayıb.

Əyalətə düşən ortalama illik yağıntının 250 milimetr olduğunu bildirən Cavad Rəhməti yaranan problemi yanlış idarəetmə ilə əlaqələndirib.

"Etiraf etməliyik ki, yanlış idarəçilik və su hövzələrindən qaydasız istifadə, mövcud olan qaynaqların düzgün dəyərləndirilməməsi hazırkı böhranın yaranmasına gətirib çıxarıb”-deyə, Cavad Rəhməti əlaqədar təşkilatları və su idarələrinin rəhbərlərini qınayıb.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed