Şrift:
2 Azərbaycan əsgəri vəfat edib
31.10.2011 [11:28] - Gündəm
Azərbaycan Ordusu 2 əsgərini itirib.

Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində əsgər 18 yaşlı Ruslan Şəhriyar oğlu Kərimov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, R. Kərimov 2011-ci ilin oktyabrında Göyçay Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində isə Milli Ordunun əsgəri, 18 yaşlı Röyal Rüstəm oğlu Ağayev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, R. Ağayev 2010-cu ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hər 2 faktı təsdiqləyiblər.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed