Şrift:
ÜST B.1.617 mutasiyasını “narahatlıq doğuran variant” elan edib
11.05.2021 [11:10] - Gündəm, Sosial
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk dəfə Hindistanda rast gəlinən B.1.617 mutasiyasını “narahatlıq doğuran variant” elan edib

Beynəlxalq təşkilatın eksperti Maria Van Kerkhove B.1.617 mutasiyasının müəyyən qədər peyvəndlərə qarşı resistent olduğunu bildirib. O qeyd edib ki, məhz bu səbəbdən ÜST bu mutasiyanı “narahatlıq doğuran variant“ hesab edir.

Həmçinin bildirilib ki, aparılan müşahidələr bu mutasiyanın Hindistanda rast gəlinən digər koronavirus variantları ilə müqayisədə daha sürətlə yayıldığını göstərir. Hindistan hələ ötən ilin oktyabr ayında Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına ilk dəfə B.1.617 genomu informasiya verib. Aprel ayının sonuna kimi ÜST bu mutasiyanı “maraq doğuran variant“ səviyyəsində qiymətləndirsə də, artıq onun təhlükəsi tam şəkildə qəbul olunub.

Qeyd edilməlidir ki, hazırda koronavirus pandemiyasının ikinci dalğası 1,36 milyard əhalisi olan Hindistanda bütün şiddəti ilə tüğyan edir. Ölkənin səhiyyə sistemi ağır vəziyyətdədir və B.1.617 mutasiyasının kəskinləşməsində daha da ciddi rol oynayır.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed