Şrift:
İftixar Piriyev: “Xarıbülbül” festivalı xalqımızın mənəvi zənginlik fəlsəfəsinin cövhəridir
14.05.2021 [10:41] - Gündəm, Mədəniyyət
İnsanın duyğuları və hissləri yalnız bir halda rahat, sakit, fərəhli, qürurlu, nurlu, fəxr və iftixarlı ola bilir ki, o da insanın mənəvi aləmindəki, ruh dünyasındakı hisslər və duyğular palitrasında zənginlik, əsrarəngizlik fenomeni bütöv şəkildə formalaşdıqda. Yetkin və mükəmməl tablo, yəni böyük sənət əsəri daim öz yerini zirvələrdə müəyyənləşdirmək hökmündə olduğu kimi və zaman keçdikcə daha da əlçatmazlıq həddinə yüksələ bildiyi kimi, insan duyğularının və hisslərinin zənginlik meyarı da eyni dəyərlərlə hüdudsuzlaşır. İnsan yalnız mənəvi qidası zəngin olduqda saflığını qoruya bilir. Bunun üçünsə milli varlığına sədaqət, vicdanına inam və diqqət, ətrafındakı millətlərə vicdanlı münasibət, ümumiyyətlə, insanlıq deyilən kriteriyaya öz ruhuna verdiyi dəyər qismində yanaşmaq əsas və dəyişməz şərtdir.

Yuxarıda qeyd olunanların həqiqətini, xalqımızın müdrik lideri, Prezident İlham Əliyev 44 gün ərzində bütün dünyaya sübut etdi və bu gün dünya birliyini özünün yetkin, bitkin siyasi gedişləri, cəsarətli və hünərvər sərkərdəlik qüdrəti, insanlıq meyarının alicənab, tolerant fenomeni ilə heyran qoymaqdadır.

Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev deyib.

Bildirib ki, Azərbaycan xalqı 30 il idi ki, “Qarabağ!”, “Şuşa!” deyərək torpaqlarımızın düşmən tapdağından azad edilməsini səbirsizliklə gözləyirdi: “İllərdir ki, Azərbaycan xalqının humanist lideri mənəviyyatı kor olan, insanlığa qənim kəsilən bir millətin “Sülh!” deyə bəsirətini açmağa çalışdı. Təəssüf ki, bu alicənab məqsədə dünya birliyi də dəstək vermədi və mənəviyyatı olmayan xalqın, millətin sülh anlayışı da ola bilməz və olmadı da. Odur ki, işıqlı zəka sahibi, Azərbaycan xalqının müdrik lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz işini elə riyazi dəqiqliklə qurdu və elə böyük cəsarətlə həll etdi ki, bəsirətsizlər özlərini qaranlıq quyu dibində gördülər. İndi həmin quyudan çıxmaq üçün mütləq, mənəviyyatı zəngin millətin, xalqın liderinin ətəyindən yapışmaq məcburiyyətindədirlər. Yalnız belə olan halda onlar həmin qaranlıqdan sıyrılıb çıxa bilərlər. “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”, - deyə dünyaya qürurla, fərəhlə, iftixarla xitab edən ulu öndər Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqının məhz işıqlı, nurlu sabahlarını müəyyənləşdirmək iqtidarına malik olmağın parlaq təzahürünü biz, bu gün ölkəmizi ümumdünya müstəvisində öncüllər sırasına yüksəldən böyük siyasi zəkaya malik liderimizin simasında yaşamaqdayıq. Biz bir də onun eşqini yaşamaqdayıq ki, ümummilli lider Heydər Əliyevin daim inamla ifadə etdiyi “Şuşa hər bir Azərbaycanlının, mən deyərdim ki, gözüdür, iftixar nöqtəsidir” fəlsəfəsi bu gün bir gerçəklikdir.

Qarabağın azadlıq müjdəsi, qayalara zəncirlənmiş Şuşanın yenidən qol-qanad açması xəbəri bizim mənəvi aləmimizə necə yüksək qida verdisə, eləcə də bir anın içindəcə mənəvi cəhətdən dünyanın ən zəngin xalqına çevrildik. Torpaqlarımızı 30 il əsarətdə saxlayan, xarabazara çevirən bəsirətsiz millətin əxlaq və mənəviyyat deyilən alicənab duyğulardan və hisslərdən, ümumiyyətlə, xəbəri olmadığını dünyaya car çəkən, günbəgün yüksələn Qarabağdakı canlanma, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündəki “Xarıbülbül” festivalı, festivaldakı müxtəlif millətlərin sənət nümunələrinin, “Sülh, barış, insanlıq!” məzmunlu, bir məqsəd ətrafında və bir vəhdətdə simfonik ahənglə havalanan musiqi harayı və ümumən ruh yüksəkliyi ilə sinəmizə çəkdiyimiz “Dəmir yumruq” milli birliyinin və həmrəyliyinin bizə bəxş etdiyi mənəvi zənginlik meyarı tarixin ən şanlı səhifələrində bərq vurmaqdadır. İnsan xilqətini yaşadan belə hisslərin, duyğuların mənəvi zənginlik deyilən meyara təkan verən ali amil olduğunu sübut etməkdədir!

Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycanın şah damarı olan Qarabağda, onun gözü Şuşa şəhərində, Cıdır düzündə bu günlərdə yaşanan sənət və sənətkarlar musiqi bayramı – “Xarıbülbül” festivalı xalqımızın mənəvi zənginlik fəlsəfəsinin cövhəridir. Bu mənəvi zənginlik fəlsəfəsi Azərbaycan xalqını əbədi olaraq müşayiət edəcək, onun zənginlik politrasını daim yüksək dinamika ilə coşduracaq. Məhz bu gerçəklik bizdə zəngin mənəviyyatın nurlu təcəssümünü parlaq şəkildə canlandırır. Mənəvi zənginliyimizin əbədi olacağını şövqlə müjdələyir. “Qarabağ Azərbaycandır! Əziz Şuşa, sən azadsan!” fəlsəfəsi, zəfərimizin təntənəsini hayqıran “Xarıbülbül” festivalının iki günlük gerçəkliyində bizə yeni ruh verir.

Bütün bu tarixi həqiqətləri, bu fərəh dolu gerçəkliyi bizə bəxş edən, acı göz yaşlarımızı sevinc göz yaşları ilə əvəzləyən, həssas siyasətin öncülü olan ölkə rəhbərimizə minnətdarlıq duyğularımı ərməğan etməyi bir Azərbaycan övladı olaraq özümə borc hesab edirəm. Müqəddəs Ramazan bayramı günündə qürurla və yüksək səslə səslənirəm: “Var olun, ruhumuza rahatlıq hissləri bəxş edən möhtərəm Ali Baş Komandan, dünya azərbaycanlılarının əvəzsiz, qəhrəman lideri!”.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed