Şrift:
Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”
17.05.2021 [11:02] - Xəbərlər, Hərb
Bu barədə Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyan məlumat verib.

Onun sözlərinə görə, razılığın əldə edilməsində sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri də rol oynayıb.

Sabiq qubernatorun sözlərinə görə, gölə bitişik ərazidə bərabər sayd-hər biri dörd post olmaqla Azərbaycan və Ermənistan hərbçiləri mövqe tutacaq.

Belə məlum olur ki, Azərbaycan hərbçiləri nəzarət etdikləri ərazidə postlar quracaq.

Danışıqların nəticələri ilə bağlı rəsmi məlumat hələki yayılmayıb.

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva bildirib ki, bu cür məlumatların tirajlanması doğru deyil:

“Dünəndən Laçın Qarağöl ətrafında “danışıqlarda” bir neçə bənd göstəməklə “ermənilərlə filan razılaşmaya gəlinib” başlıqlı yazılar tirajlanır. Öncəliklə onu deyim ki, bu məsələ dünən deyil, 10 noyabr Bəyanatında razılaşdırılıb.

Ənənəvi və xüsusi ilə 44 günlük müharibədə erməni Müdafiə Nazirliyinin “dezinformasiya”larını tirajlayan bloqerlərin elan etdikləri “yeni razılaşmalar” da sifarişçisi elə prosesi yenidən geri çəkmək cəhdində olan Ermənistandır.
Onlar bunu niyə edir aydındır, Azərbaycan mediası bunu niyə tirajlayır bu aydın deyil.

Qazağın kəndləri və ətraf örüş əraziləri, Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və ətraf örüş yerləri Azərbaycanın işğal olunmuş əraziləridir və o ərazilərdə Azərbaycan dövlətinin mövcudluğunu bərpa etmək Dövlət Sərhəd Xidmətinin borcudur”.

Politoloq deyib ki, Ermənistan eyni tərsliyi digər ərazilərin qaytarılması prosesində də göstərə bilər: “Erməni tərəfi isə eyni mövqeyi Qazaxda da göstərəcək.

Naxçıvan tərəfdə isə əsl erməniliklərini ortaya qoyacaqlar və Emmanuel Makron erməni dilində ultimatumları onda daha çox göndərəcək, çünki bu bölgədə də həm də Türkiyə faktoru var. Kəlbəcərdə Çinarlı və Zoğ yataqları ərazisində sərhəd xətlərinin müəyyənləşməsində nisbətən sakitlik o demək deyildi ki, diğərlərində də belə sakit-sözə baxan olacaqlar.

Ümumiyyətlə isə Ermənistanı bu mövzularda sakitləşdirmək Rusiyanın öhdəliyidir və Rusiya Federasiyasının Prezidenti Putin 3 gün öncə Paşınyana 10 noyabr razılaşmalardakı bəndlərə əməl etmək vacibdir” mesajını verib”.
Bu xəbər oxucular tərəfindən 1988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed