Şrift:
Xaçmazda 37 mindən çox sakin COVID-19 infeksiyasına qarşı peyvənd olunub
19.05.2021 [13:14] - Gündəm, Sosial
Xaçmaz rayonunda bu günə kimi 37 min 255 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub.

Həmin vətəndaşlardan 20 min 576 nəfərinə birinci, 16 min 679 nəfərinə isə ikinci doza vaksin vurulub.

Mayın 19-da Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi də rayon mərkəzi xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub. Tibb müəssisəsində vaksinasiya prosesinin gedişi ilə maraqlanan rayon rəhbərliyi tərəfindən əhalinin sağlamlığı üçün dövlətimizin gördüyü işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.

Xaçmazda vaksinasiya prosesi qrafik əsasında davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed