Şrift:
FHN: Ötən sutka ərzində 42 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
19.05.2021 [13:17] - Gündəm, Sosial
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 42 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər və “Shackman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yük maşınında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed