Şrift:
Tomas Bax: BOK Tokio Olimpiadasına əlavə tibb işçiləri göndərməyə hazırdır
19.05.2021 [13:27] - Gündəm, İdman
Beynəlxalq Olimpiya Komitəsi (BOK) pandemiya şəraitində Yaponiya həkimlərinə dəstək olmaq üçün Tokio Yay Olimpiya Oyunlarına əlavə tibb işçiləri göndərməyə hazırdır.

Bu barədə Tokio Yay Olimpiya Oyunların təşkilat komitəsinin onlayn formatda keçirilən iclasında BOK prezidenti Tomas Bax bildirib. O, Yaponiyada Olimpiada ərəfəsində keçirilən bütün test yarışlarının koronavirus infeksiyasının yayılmasına qarşı yönəlmiş lazımi təhlükəsizlik tədbirlərinin protokollarına uyğun keçirildiyini vurğulayıb. BOK rəsmisi qeyd edib ki, “Tokio-2020” Yaponiyanın inanılmaz yüksək ruhu və əzmkarlığı sayəsində baş tutacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Olimpiya Oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed