Şrift:
Şimali İtaliyada dağ kanat xəttində baş vermiş qəzada ölənlərin sayı on dörd nəfərə çatıb
24.05.2021 [10:17] - Gündəm, Hadisə
Xəbər verdiyimiz kimi, mayın 23-də Şimali İtaliyada Macciore gölü yaxınlığında dağ kanatında qəza baş verib.

Kanatla hərəkət edən kabinə kabelin sıradan çıxaraq qırılması nəticəsində yerə yuvarlanıb və ilkin məlumatlarda doqquz nəfərin həlak olduğu bildirilirdi. Axşam saatlarında xilasedicilər ölənlərin sayının 14 nəfər olduğu barədə məlumat yayıblar. Xəstəxanaya çatdırılan ağır yaralı iki uşaqdan birinin həyatını xilas etmək mümkün olmayıb.

40 nəfərin daşınması üçün nəzərdə tutulan kabinəni daşıyan tros xəttinin yük ağırlığından sıradan çıxa bilməsi ehtimalı real görsənmir, qəza baş verərkən kabinədə 15 nəfərin olduğu müəyyən edilib. Bir neçə il bundan əvvəl əsaslı təmirdən çıxmış kanat xəttində bülə bir ağır qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Həlak olanlar arasında İtaliya vətəndaşları ilə yanaşı dörd nəfərdən ibarət israilli ailə və bir İran vətəndaşının da olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed