Şrift:
Qədim Azərbaycan şəhəri İrəvanın tarixindən bəhs edən videoçarx hazırlanıb
25.05.2021 [11:16] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Dövlət Tərcümə Mərkəzi bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvanın tarixindən – 1827-ci ildə bu əraziyə köçürülmüş ermənilərin Çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə yerli əhalini – azərbaycanlıları şəhərdən sıxışdırıb çıxarmasından bəhs edən “Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu” adlı sənədli videoçarx hazırlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə Azərbaycan, ingilis və rus dilində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 15139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed