Şrift:
Bərdənin Güloğlular kəndindəki bazarda baş verən yanğın söndürülüb
26.05.2021 [10:31] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyi nəzərə alınaraq əraziyə Bərdə ilə yanaşı, ətraf rayonların da yanğından mühafizə hissələrinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilən yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər sayəsində genişmiqyaslı yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed