Şrift:
Yaponiyada son üç ildə ilk dəfə Ayın tam tutulması müşahidə edilib
27.05.2021 [10:04] - Gündəm, Hadisə
Yaponiya sakinləri böyük maraqla mayın 26-da axşam saatlarında son üç ildə ilk dəfə olaraq Ayın tam tutulmasını müşahidə ediblər.

Yaponiya Milli Astronomik Observatoriyasına istinadla xəbər verir ki, Ayın tutulması yerli vaxtla saat 18:44 dəqiqədə müşahidə edilib. Ayın tam tutulması isə yerli vaxtla saat 20:09-dan 20:28-dək ölkənin şimalında və Oqasavara adalarından aydın görünüb. Həmin vaxt Ay tamamilə tünd qırmızı rəngə bürünüb. Tutulma yerli vaxtla saat 21:53-də başa çatıb.

Qeyd edək ki, Ay tutulması zamanı Günəş, Yer və Ay eyni xətt üzərində yerləşir və Ay Yerin kölgəsi ilə əhatə olunur.

Xatırladaq ki, Yaponiyada Ayın tam tutulması sonuncu dəfə 2018-ci ildə müşahidə edilib.

Bildirilir ki, tutulma zamanı Ay Yerə ən yaxın məsafədə yerləşdiyinə görə onun ölçüləri çox böyük görünüb. “Super Ay” adlanan həmin hadisə vaxtı Ayın ölçülərinin adətən olduğundan 14 faiz böyük olduğu qeyd edilir.

Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyada növbəti Ay tutulması gələn il noyabrın 8-də müşahidə ediləcək.
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed