Şrift:
Güney Azərbaycanın ustad aşığı Çingiz Biriya vəfat edi
28.05.2021 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ustad sənətkar dünən, mayın 27-də Təbrizdə dünyasını dəyişib.

O, 1960-cı ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb.

Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən aşıqlıq sənətinin incəliklərini öyrənib.

Bir neçə dastan bilən sənətçi dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. Azərbaycan Respublikasında çoxsaylı səfərlərdə olub və müxtəlif tədbirlərdə çıxış edib.

İran Aşıqlar Birliyinin qurucularından biri olan görkəmli sənətkar 30-a yaxın şagird yetişdirib.
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed