Şrift:
Türkiyədə 20-ə yaxın avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib
31.05.2021 [09:24] - Gündəm, Hadisə
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda 20-ə yaxın avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Hadisə bölgədə yağan yağış səbəbindən bir qoşqulu maşının aşması nəticəsində meydana gəlib. Bölgəyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumatda çox sayda insanın müxtəlif bədən xəsarətləri aldığı bildirilir.

Qəza səbəbindən İstanbul magistral yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 1366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed