Şrift:
Xorvatiya KİV-ləri Azərbaycanın Cümhuriyyət tarixindən yazıb
02.06.2021 [10:43] - Xəbərlər, Siyasət
Xorvatiyanın “Nacional” ictimai-siyasi jurnalında Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun “Azərbaycanın müstəqillik günü” sərlövhəli köşə yazısı dərc olunub.

Yazıda bildirilir: “Cari ilin 28 may tarixində dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövlətinin 103-cü ildönümünü qeyd etdikləri gündür. Koronavirus pandemiyasının hələ də bizimlə olmasına baxmayaraq, bayraqlarımız yenə də uca olacaq və millət qürur duyacaq”.

Qeyd olunub ki, bu bayramı müsbət cəhətdən fərqli edəcək başqa bir məqam isə Azərbaycanın qədim mədəniyyət paytaxtı olan Şuşanın uzun illər işğaldan sonra azad edilərək Azərbaycan xalqına qovuşmağıdır.

Daha sonra tarixə kiçik ekskurs edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraiti və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahat və quruculuq işlərindən söz açılıb. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər cümhuriyyət qurucuları bəzi Qərb dövlətlərindən də öncə bir sıra müasir idealları və tədbirləri gerçəkləşdirərək gələcək nəsillərə ötürüblər.

Müəllif dövlətçiliyin əhəmiyyətindən danışmış, vətəndaşların bu müstəqilliyi onlara verənləri xatırlamalı olduqlarını vurğulayıb.

Həmçinin yazıda qeyd olunub ki, bir çox xalqlar oxşar tarixi proseslərdən keçməli olur və Azərbaycan ilə Xorvatiya buna misal olaraq həm 20-ci əsrin əvvəlində, həm də sonunda müstəqilliyi dadıb, tarixin sərt sınaqlarından üzü ağ çıxıblar.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed