Şrift:
Suriya böhranı üzrə Astana formatının növbəti görüşü Nur-Sultanda keçiriləcək
04.06.2021 [10:31] - Xəbərlər, Siyasət
Suriyada münaqişənin nizamlanması üzrə Astana formatının növbəti görüşü bu il iyunun sonunadək Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılır.

Ölkə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Xatırladaq ki, Suriyada münaqişənin nizamlanması üzrə Astana sülh prosesi Türkiyə, Rusiya və İran tərəfindən 2017-ci ilin yanvarında başlanıb.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed