Şrift:
“Nizami Gəncəvi dünya ədəbiyyatında” adlı beynəlxalq elmi konfrans keçirilib
04.06.2021 [10:38] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi silsilə tədbirlərin davamı olaraq “Nizami Gəncəvi dünya ədəbiyyatında” adlı beynəlxalq elmi-praktik konfrans onlayn qaydada keçirilib. Konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA-nın Gəncə filialı və Gəncə Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Gürcüstan və başqa ölkələrdən dəvət olunan nizamişünaslar alimlər iştirak ediblər.

Konfransı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova açaraq Nizaminin həyatı və yaradıcılığı haqqında danışıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə bağlı görülən işlərdən, Nizami irsinin öyrənilməsinə həsr olunmuş kitablardan, tədqiqatlardan danışıb. Akademik qeyd edib ki, bu işlər təkcə yubiley ilində deyil, bütün dövrlərdə davam etdirilib və etdiriləcək.

Daha sonra konfrans məruzələrin dinlənilməsi ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed