Şrift:
Tərtərli kümçülər barama tədarükünə başlayıblar
04.06.2021 [10:59] - Gündəm, İqtisadiyyat
Tərtər rayonunda barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər 1550 kiloqram məhsulu “Azəripək” MMC-nin nümayəndələrinə təhvil veriblər.

Bu il rayon kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər ipəkqurdularının bəslənməsində çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 15 tondan çox barama istehsalı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed