Şrift:
Məşhur Güney azərbaycanlı heykəltaraş koronavirusdan vəfat etdi
04.06.2021 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sulduz şəhərindən olan tanınmış sənətçi iyunun 3-də COVİD-19-dan dünyasını dəyişib.

İncəsənət İnstitutunun heykəltəraşlıq üzrə məzunu olan Məhəmməd Əli Məhəmmədi İran Heykəltəraşlar Cəmiyyətinin üzvü idi.

O, bir çox əsərlərin, o cümlədən Güney azərbaycanlı şəxsiyyətlərin, o cümlədən dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın heykəlinin müəllifidir. Onun məşhur “Aşıq” heykəli Urmu şəhərinin Vəlfəcr bulvarında quraşdırılıb.

Sulduzlu türk sənətkarın dəfn mərasimi bu gün Təbriz vaxtilə saat 10.00-da, Bakı vaxtilə saat 10:30-da keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed