08.06.2021 [09:49] - Xəbərlər, Siyasət
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Qarabağdakı mövcud vəziyyət müzakirə olunub. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib.
Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib.
Tərəflər, həmçinin Rusiya-Aİ münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi də aparıblar.

Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |