Şrift:
Bu gün sərbəst güləşçilərimiz "Poland Open" turnirində mübarizə başlayacaqlar
08.06.2021 [10:17] - Gündəm, İdman
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək

Reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.

Yarışın proqramına əsasən, bu gün H.Əliyev və Ş.Şərifov, sabah sə H.Hacəyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed