Şrift:
Təbriz silkələndi: Təşvişə düşən əhali gecəni küçələrdə keçirib
08.06.2021 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universiteti Geofizika İnstitutunun yaydığı xəbərə görə, Rixter cədvəli ilə 4.2 bal gücündə yeraltı təkanlar yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ əhali arasında təlaşa səbəb olub. İnsanlar evlərindən çıxaraq gecəni küçələrdə keçirib.

Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, qurumun əməkdaşlarından ibarət bir neçə qrup ehtimal olunan dağıntılarla bağlı məlumat əldə etmək və vəziyyəti dəyərləndirmək Təbrizin ətraf kəndlərinə göndərilib.

İnsan tələfatı və ciddi dağıntılarla bağlı məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed