Şrift:
“Ermənistan-Azərbaycan sərhədinin SSRİ çərçivəsində demarkasiyası vacibdir” – ABŞ dövlət katibinin köməkçisi
09.06.2021 [10:26] - Xəbərlər, Siyasət
Bu barədə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib.

Rikerin sözlərinə görə, bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır. “Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq”, – o qeyd edib.

Riker deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir. O deyib ki, ABŞ həmçinin bu səyləri Minsk Qrupunun digər üzvləri – Rusiya və Fransa ilə birlikdə davam etdirmək istəyir.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed