Şrift:
Türkiyədə koronavirusa qarşı tətbiq olunan peyvənd sayı 35 milyon dozaya yaxınlaşır
14.06.2021 [13:50] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmədə tətbiq olunan doza sayı sürətlə artır.

İyunun 14-ə qədər ölkə üzrə COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvənd sayı 33 milyon 712 min 157 dozaya çatıb. Bu göstəricinin təxminən 1 milyonu son üç gündə tətbiq olunan dozadır. Rəsmi məlumata görə, hazırda gündəlik peyvəndləmə sayı 500 min doza həddinə çatıb. Bu hesablama ilə məlum olur ki, qarşıdakı 2-3 gün ərzində Türkiyədə koronavirusa qarşı istifadə edilən peyvəndlərin sayı 35 milyonu ötəcək.

Qeyd edək ki, səhiyyə işçilərinin kütləvi peyvəndlənməsi, vaksin tədarükü, peyvəndləmə məntəqələrinin artırılması sayəsində Türkiyə koronavirusla mübarizə aparan qabaqcıl ölkələr sırasına daxil olub. Yerli vaksin istehsalını tezləşdirməyə çalışan hökumət müxtəlif şirkətlərin məhsulları əsasında peyvənd tədarükünü də sürətləndirib. Hazırda ölkədə ən çox tətbiq olunan vaksin Çində istehsal olunan “SinoVac” peyvəndidir.
Bu xəbər oxucular tərəfindən 2429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed