Şrift:
İspan mətbuatı: Türkiyə və Azərbaycan Şuşada Bəyannamə imzalayaraq müttəfiq olduqlarını təsdiq edirlər
16.06.2021 [16:34] - Xəbərlər, Siyasət
İspaniyada çıxan iqtisadiyyat və maliyyə jurnalının “elmundofinanciero.com” saytında, həmçinin “eldiario.es” xəbər portalında İspaniyanın EFE informasiya agentliyinin “Türkiyə və Azərbaycan Şuşada Bəyannamə imzalayaraq müttəfiq olduqlarını təsdiq edirlər” sərlövhəli məlumatı dərc edilib.

Bu materillarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfərindən bəhs edilir.

İspan mətbuatı yazır ki, iyunun 15-də Azərbaycan və Türkiyə Şuşa şəhərində birgə Bəyannamə imzalayaraq müttəfiqlik münasibətlərini təsdiq ediblər. Bu Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb.

Məqalələrdə iki dövlətin liderlərinin Şuşa Bəyannaməsi barədə sözləri sitat gətirilib. Onlar bildiriblər ki, bu Bəyannamə Azərbaycan ilə Türkiyənin həmişə birlikdə olacağını və bir-birinin təhlükəsizliyini dəstəkləyəcəyini sübut edir. Bildirilir ki, liderlər hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə toxunub, Şuşada Türkiyənin Konsulluğunun açılması planını bəyan ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Bildirilir ki, Türkiyə Prezidenti Azərbaycana səfəri çərçivəsində bu ölkənin parlamentində çıxış edəcək və Futbol üzrə Avropa çempionatı çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə-Uels matçına tamaşa edəcək.
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed